Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrləri







Dövlət Reyestrləri barədə məlumat

Təqdirəlayiq haldır ki, iqtisadiyyatın bütün sahələrində uğurları günbəgün artan müstəqil Azərbaycanımızın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki nailiyyətlərinin dəsayı sürətlə artmaqdadır və bu gün Azərbaycan bölgədə və dünyada İKT üzrə ən qabaqcıl və müasir texnologiyaların tətbiqi və inkişaf etdirilməsi sahəsində mühüm sözsahibinə çevrilməkdədir. Ümummilli lider Heydər Əliyevin bu sahənin inkişafına daima xüsusi diqqət və qayğı göstərməsi və bu gün də bu diqqət və qayğının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi bu sahənin inkişafına münbit şərait yaratmaqla yanaşı, ictimaiyyətdə də bu sahəyə xüsusi maraq stimullaşdırır. Ölkə Prezidentinin müvafiq Fərmanı ilə 2013-cü ilin İKT ili elan olunması da bu diqqət və qayğının bariz nümunəsidir. “Elektron hökumət” layihəsinin inkişaf etdirilməsi, əhaliyə göstərilən elektron xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, “ASAN xidmət” mərkəzlərinin əhatəsinin genişləndirilməsivə s. İKT sahəsində həyata keçirilən əsas tədbirlər sırasındadır. Dövlətin İKT siyasəti üzrə inkişaf kursunun həyata keçirilməsində əsas rol isə, şübhəsiz, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsusdur.

“Elektron hökumət” layihəsinin inkişaf etdirilməsi, əhaliyə göstərilən elektron xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, internetin inkişaf etdirilməsi və ümumiyyətlə, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində görülmüş və görüləcək işlər RİTN-in daima diqqət mərkəzində olmuş və olacaqdır. Bununla əlaqədar, RİTN tərəfindən daha bir layihənin həyata keçirilməsinə start verilmişdir. Bu layihə çərçivəsində dövlət informasiya ehtiyatlarının və sistemlərinin idarə edilməsinin tənzimlənməsi, onların “Elektron hökumət” sisteminə inteqrasiyası, dövlət orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, genişləndirilməsi, keyfiyyətinin artırılması və bütün sahələrdə şəffaflığın təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlara uyğun olaraq, dövlət informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrinin yaradılması məqsədilə RİTN-in Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanmış xüsusi proqram təminatı 2012-ci ilin dekabr ayında istifadəyə verilmişdir.

Qeyd edək ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapmışdır.

Dövlət reyestrləri üzrə proqram sistemi hazırlanarkəndünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübəsi yaxından öyrənilmişdir və əminliklə söyləmək olar ki, dövlət reyestrləri vasitəsilə aşağıdakı proseslərin həyata keçirilməsi və tənzimlənməsi mümkün olacaqdır:

· Dövlət informasiya ehtiyatlarının və sistemlərinin uçotunun və monitorinqinin aparılması;

· Dövlət informasiya ehtiyatlarının və sistemlərinin, onların təminat və mühafizə vasitələri ilə birlikdə informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin əlaqələndirilməsi;

· Milli informasiya fəzasının formalaşdırılması işlərinin, o cümlədən mövcud və yeni yaradılan informasiya ehtiyatları və sistemləri arasında mübadilə və uzlaşdırma mexanizmlərinin tam, aktual və dəqiq məlumatlarla operativ təmin olunması;

· Dövlət informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri ilə informasiya ehtiyatlarının lokal reyestrləri arasında informasiya mübadiləsi, sorğu-arayışların marşrutlandırıması işlərinə dəstək verilməsi;

· İnformasiyalaşdırma sahəsində təsnifatların və proqram-texniki həllərin unifikasiya edilməsi;

· İnformasiya ehtiyatlarının yaradılmasında pərakəndəlik və təkrarlanmanın qarşısının alınması, habelə bu sahədə şəffaflığın təmin olunması;

· Dövlət informasiya ehtiyatlarının və sistemlərinin yaradılmasının və istifadəsinin səmərəliliyinin qiymətləndirilməsi;

· İnformasiya cəmiyyətinə keçid üzrə dövlət proqramlarının və elektron xidmətlərin göstərilməsi üzrə layihələrin həyata keçirilməsinə dəstək verilməsi;

· İnformasiya ehtiyatlarını yaradan və onlardan istifadə edən subyektlər arasında təcrübə mübadiləsi üçün şəraitin yaradılması, qabaqcıl texnologiyaların tətbiqinin stimullaşdırılması;

· Dövlət orqanlarının, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərin informasiya ehtiyatları haqqında məlumatlarla təmin olunması, statistik indikatorların müəyyən edilməsi və müvafiq hesabat işlərinin təşkili;

· İnformasiya əldə edilməsi və fərdi məlumatların mühafizə edilməsi sahəsində vətəndaşların hüquqlarının təmin olunması və s.

Eyni zamanda bildirmək istəyirik ki, dövlət reyestrlərinin yaradılması və idarə edilməsi zamanı aşağıdakı prinsiplərin təmin olunması vacibdir və bu prinsiplər daima diqqət mərkəzində saxlanılır:

- Mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;

- İnformasiyalaşdırma sahəsində milli maraqların və dövlət siyasətinin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsində iştirak edilməsi;

- İnformasiya aktuallığının və təhlükəsizliyin təmin olunması;

- Səlahiyyət və məsuliyyət bölgüsünün müəyyənləşdirilməsi və icrasının təmin edilməsi;

- Reyestrin proqram-texniki komponentlərinin modulluq və miqyaslılıq imkanlarının təmin olunması;

- Reyestrin normal fəaliyyətinin təşkili;

- Reyestrə metodik, informasiya-linqvistik, proqram-texniki dəstəyin təmin olunması;

- Reyestrə daxil edilmiş informasiya ehtiyatları barədə sənədli arxivin aparılması və saxlanılması;

- Reyestrə barəsində məlumat daxil edilmiş informasiya ehtiyatları haqqında statistik məlumatların və analitik hesabatların hazırlanması;

- Reyestrin informasiya portalının yardılması və aktuallaşdırılması;

- Reyestrin davamlı işləməsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi.

Qanunvericiliyə uyğun olaraq, yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Reyestrlərə daxil edilməsi və ya müvafiq düzəlişlərin edilməsi üçün lazımi sənədlər (yəni müraciət ərizəsi və qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən gec olmayaraq reyestrinoperatoruna – RİTN-ə təqdim edilməlidir.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər mövcud olan və Qanunun tələblərinə cavab verən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməsi də məcburidir.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri”nin müddəalarına uyğun olaraq, tərkibində 1000 və daha artıq subyekt barədə fərdi məlumatlar olan informasiya sistemləri məcburi qaydada dövlət qeydiyyatına alınmalıdır və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət qeydiyyatına alınmayan informasiya sistemlərində fərdi məlumatların toplanılması, saxlanılması və işlənilməsi qeyri-qanuni hesab olunur.

Bununla əlaqədar olaraq, mülkiyyətlərində olan dövlət informasiya ehtiyatları və sistemlərinindövlət qeydiyyatına alınması və reyestrə daxil edilməsi məqsədilə RİTN tərəfindən ilk növbədə bütün dövlət qurumlarınamüraciətlər ünvanlanmışdır.

Qurumların səlahiyyətli nümayəndələri elektron imza və ya RİTN tərəfindən təqdim olunan kod-paroldan istifadə etməklə, mülkiyyətlərində olan informasiya ehtiyatları və sistemləri üzrə müraciət ərizəsini və qeydiyyat kartını xüsusi yaradılmış onlayn proqram təminatı vasitəsi ilə birbaşa sistemə daxil edə, yaxud da kağız və ya elektron daşıyıcılarda MHM-ə təqdim edə bilərlər.

Növbəti addım kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara, sığorta şirkətlərinə, internet provayderlərə və telekommunikasiya şirkətlərinə mülkiyyətlərində olan informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq tədbir görmələri barədə RİTN tərəfindən müraciətlər ünvanlanmış və eyni zamanda bir sıra KİV-lərdə müvafiq elanlar yerləşdirilmişdir.

Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, həyata keçirilən bu və digər tədbirlərə baxmayaraq, bu günədək bir sıra dövlət və qeyri-dövlət qurumlarından hələ də RİTN-ə müraciətlər daxil olmamışdır.

İnformasiya ehtiyalarının və sistemlərinin mülkiyyətçiləri bilməlidirlər ki, “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qeydiyyatından keçirilməyən İnformasiya Sistemlərində fərdi məlumatların toplanılması və işlənilməsi qeyri-qanuni hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə müvafiq cərimə tətbiq edilməlidir. Bu barədə “Elektron hökumət” portalının Reyestrlər bölməsində (https://governmentsregistry.ehdis.az) elan yerləşdirilmişdir.

2014-cü ilin 3 iyun tarixinədək ümumilikdə 34 informasiya ehtiyatı mülkiyyətçisindən 59 dövlət informasiya ehtiyatı və 116 informasiya sistemi mülkiyyətçisindən 137 fərdi məlumatların informasiya sistemi barədə müraciətlər daxil olmuşdur (cədvəl 1). Həmin müraciətlərə MHM tərəfindən baxılmış və məlumatlar dəqiqləşdirilərək reyestrlərdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin 9.4-cü bəndinə və “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq, reyestrlərdə qeydiyyata alınmış dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri üzrə Reyestrdən çıxarışlar təsdiq edilərək aidiyyəti dövlət qurumlarına təqdim olunmuşdur.

Cədvəl 1.

2014-cü ilin 03 iyun tarixinədək Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə daxil edilmiş məlumatlar barədə detallı statistika

>

N

Qurumun adı

Dövlət İnformasiya
Ehtiyaları

Fərdi Məlumatların
İnformasiya Sistemləri

Cəmi

1

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi

5

3

8

2

Dövlət Gömrük Komitəsi

1

1

3

Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi

1

1

4

Azərbaycan Respublikasının Ali Məhkəməsi

6

6

5

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

1

1

6

Dövlət Dəniz Administrasiyası

2

1

3

7

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

2

2

8

İqtisadi İnkişaf Nazirliyi

1

1

9

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

1

1

2

10

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi

1

1

2

11

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi

1

1

2

12

" Bakıelektrikşəbəkə" ASC

2

2

4

13

Qaçqınların və Məcburi Köçkün­lərin İşləri üzrə Dövlət Komitəsi

3

3

5

14

Dövlət Miqrasiya Xidməti

1

1

2

15

Azərbaycan Respublikasının Mərkəzi Bankı

2

2

4

16

Səhiyyə Nazirliyi

2

4

6

17

Dövlət Sosial Müdafiə Fondu

1

1

2

18

Vergilər Nazirliyi

1

1

19

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

6

6

20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

4

4

21

"Azərenerji" ASC

1

1

2

22

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və

1

1

23

Bank "BTB" Açıq Səhmdar Cəmiyyəti

1

1

24

"Ata Sığorta" Açıq Səhmdar Cəmiyyəti

1

1

25

Bank Melli İran

1

1

26

"Zamin Bank " ASC

1

1

27

"Alfa Sığorta" Açıq Səhmdar Cəmiyyəti

1

1

28

"Buta Sığorta" Açıq Səhmdar Cəmiyyəti

1

1

29

"Parabank" ASC

1

1

30

“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti

1

1

31

"Azedunet" MMC

1

1

32

"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti

1

1

33

"Turanbank" Açıq Səhmdar Cəmiyyəti

1

1

34

"Konnekt" Məhdud Məsuliyyətli Cəmiyyəti

1

1

35

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

1

2

3

36

"Qala Həyat Sığorta" ASC

2

2

37

"Meqa Sığorta" ASC

1

1

38

"Rabitəbank" ASC

1

1

39

"Bank of Baku" ASC

1

1

40

"Bank Standart" QSC

2

2

41

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi

1

1

42

“Bakcell” MMC

2

2

43

“Deka Bank” KB ASC

1

1

44

“Qarant Sığorta” ASC

1

1

45

“İpək Yolu Sığorta” ASC

1

1

46

“Catel” MMC

1

1

47

“Yapı Kredi Bank” Azərbyacan

1

1

48

“Amrah Sığorta” ASC

1

1

49

“Access Bank” QSC

1

1

50

“Paşa Bank” ASC

2

2

51

“Günay Bank” ASC

1

1

52

“Bank Silk Vey” ASC

1

1

53

“Meqa Telekom” MMC

1

1

54

“Gəncə Bank”ASC

1

1

55

“Xalq Sığorta” ASC

2

2

56

“Atra Bank”ASC

1

1

57

“Ultel”MMC

1

1

58

AR Dövlət Sığorat Şirkəti

1

1

59

“Xalq Bank” ASC

1

1

60

“NBC Bank” ASC

1

1

61

“Qafqaz İnkişaf Bankı” ASC

1

1

62

“Azərqarant Sığorta”

1

1

63

“Smart Systems Technology” MMM

1

1

64

"Beynəlxalq Sığorta Şirkəti" ASC

1

1

65

"Bank Respublika"

1

1

66

"Muğan Bank" ASC

1

1

67

"Alfanet" MMC

1

1

68

"Rəvan Sığorta" ASC

1

1

69

"Unibank" KB ASC

1

1

70

"Kredo Bank" ASC

1

1

71

AR Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

1

1

2

72

"Azstarnet" MMC

1

1

73

"AXA MBASK Sığorta" ASC

1

1

74

"A-Qroup Sığorta Şirkəti" ASC

1

1

75

"AFB Bank" ASC

1

1

76

"Data Plus" MMC

1

1

77

"Azerfon" MMC

1

1

78

"Xəzər Turizm" MMC

1

1

79

"AtaBank" ASC

1

1

80

"Sərin Şirkəti" MMC (Astoria Baku Hotel)

1

1

81

"FLAY-İNN" Məhdud Məsuliyyətli Cəmiyyəti

1

1

82

"DəmirBank" Açıq Səhmdar Cəmiyyəti

1

1

83

"FA-NOY" Məhdud Məsuliyyətli Cəmiyyəti

1

1

84

Qafqaz Point Hotel

1

1

85

"Azercell Telekom" MMC

2

2

86

"Goldenpay" MMC

1

1

87

"Atəşgah" Sığorta Şirkəti ASC

1

1

88

"Yeni Absheron Oteli" Məhdud Məsuliyyətli Cəmiyyəti

1

1

89

"Ümid Mehmanxana və Turizm" MMC(Modern Hotel Baku)

1

1

90

"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti

1

1

91

"ISR Kapital Investments" MMC (Hilton Baku Hoteli)

1

1

92

"Baku Hotel Company" şirkətinin AR nümayəndəliyi (Hyatt Regency və Park Hyatt hotelləri)

1

1

93

Mingəçevir Politexnik Universiteti


1

1

94

Müəllif Hüquqları Agentliyi

1

1

2

95

Bakı Qızlar Universiteti


1

1

96

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası


1

1

97

“Qərb” Universiteti


1

1

98

Sumqayıt Dövlət Universiteti


1

1

99

Azərbaycan Dövlət Aqrar Universiteti


1

1

100

“Nikoyl” İnvestisiya Kommersiya Bankı ASC


1

1

101

“BankAvrasiya”


1

1

102

Qafqaz Universiteti


1

1

103

“ExpressBank” ASC


3

3

104

Odlar Yurdu Universiteti


1

1

105

Elm və Təhsil mərkəzi “Təfəkkür”


1

1

106

“Bakı Asiya” Universiteti


1

1

107

Bakı Avrasiya Universiteti


1

1

108

Azərbaycan Texnologiya Universiteti


1

1

109

Xəzər Universiteti


1

1

110

Azərbaycan Dillər Universiteti


1

1

111

Azərbaycan Dövlət Neft Akademiyası


1

1

112

Azərbaycan Tibb Universiteti


1

1

113

Gəncə Dövlət Universiteti


2

2

114

Azərbaycan Texniki Universiteti


1

1

115

Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyası


2

2

116

Azərbaycan Turizm İnstitutu


1

1

117

İqtisadiyyat və Sənaye Nazirliyi

1


1

118

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti


1

1

119

“AGBank” ASC


1

1

120

“Azər-Türk Bank” ASC


1

1

121

Lənkəran Dövlət Universiteti


1

1

122

Bakı Dövlət Universiteti


2

2

123

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi


1

1

124

Azərbaycan İqtisad Universiteti


1

1

125

Azərbaycan Memarlıq və İnşaat Universiteti


1

1

126

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

1


1

127

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası


1

1

128

Milli Arxiv İdarəsi

1


1

129

Müdafiə Sənayesi Nazirliyi

1


1

130

Azərbaycan Dövlət Pedoqoji Universiteti


1

1

131

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

1


1

132

Əmlak Məsələləri Dövlət Komitəsi

1


1

133

Azərbaycan Resoublikasının Satınalmalar üzrə Dövlət Agentliyi

1


1

134

Dövlət Sərhəd Xidməti

2


2

135

XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi


1

1

CƏMİ

59

137

196

İndi isə informasiya ehtiyatlarının və sistemlərinin reyestrlərə daxil edilməsi üçün qanunvericiliyə uyğun olaraq müraciət ərizələrinin və qeydiyyat kartlarının sisteməhansı şəkildə daxil edilməsi və sistemin iş prinsipləri barədə qısa məlumat vermək istəyirik:

Sistemdən istifadə hüququna uyğun olaraq, istifadəçilər 3 kateqoriyaya bölünür:

- Mülkiyyətçi

- Kargüzar

- Administrator

Mülkiyyətçilərin qeydiyyatdan keçməsi və məlumatların sistemə özləri tərəfindən daxil edilməsi proseduru aşağıdakı ardıcıllıqda həyata keçirilir:

1) Mülkiyyətçi unikal kod və şifrə ilə təmin olunmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzinə (bundan sonra – MHM) rəsmi sorğu ünvanlayır;

2) Həmin sorğu əsasında mülkiyyətçi MHM tərəfindən unikal kod və şifrə ilə təmin olunur;

3) Mülkiyyətçinin səlahiyyətli nümayəndəsinə e-imza kartı verilir və həmin e-imza kartı MHM-də qeydiyyatdan keçirilir.

4) Mülkiyyətçi sistemə qeydiyyatdan keçirilmiş e-imza kartı və ya kod və şifrə ilə daxil oaraq müvafiq bölmədə müraciət ərizəsini və qeydiyyat kartını doldurur;

5) Qurumlar “Normativ hüquqi sənədlər” bölməsinə daxil olaraq müraciət ərizələrinin və qeydiyyat kartlarının blanklarını öz kompüterlərinə köçürüb, doldurub və təsdiq edib rəsmi qaydada MHM-ə göndərə də bilərlər.

Mülkiyyətçi, onun rəsmi müraciəti əsasında MHM-in operatoru tərəfindən sistemə daxil edilmiş məlumatlarda səhv və çatışmazlıqlar aşkar etdikdə, bu barədə dərhal MHM-ə məlumat verir.

MÜLKİYYƏTÇİ sistem vasitəsilə:

a) müvafiq normativ-hüquqi sənədlərlə tanış ola bilər;

b) müraciət ərizəsini və qeydiyyat kartlarını “Microsoft Office Word Document” fayl formatında internetdən öz kompüterinə yükləyə bilər;

c) müraciət ərizəsini və qeydiyyat kartını birbaşa sistemə daxil edə bilər;

d) Administrator tərəfindən yazılmış qeydləri nəzərə alaraq yenidən müraciət ərizəsini və qeydiyyat kartını doldura bilər;

e) müraciət ərizələrinin icra vəziyyəti ilə tanış ola bilər;

f) Reyestrlərdə qeydiyyata alınmış məlumatlar ilə tanış ola bilər.

KARGÜZAR MHM-in aşağıdakı funksiyaları həyata keçirən bir və ya bir neçə əməkdaşı ola bilər:

a) hər bir iş günü ərzində iki dəfədən az olmayaraq sistemdə yeni daxil olmuş müraciət ərizələrini izləyir, əgər yeni müraciət daxil olubsa onu müvafiq qaydada qeydiyyatdan keçirir.

b) Qeydiyyat zamanı müraciət ərizəsinə MHM-in ümumi kargüzarlıq sisteminə uyğun olaraq qeydiyyat nömrəsi verilir, daxilolma tarixi isə avtomatik olaraq yazılır.

c) Sonra müraciət ərizəsini və uyğun qeydiyyat kartını kağız üzərində çap edir və baxılması üçün MHM-in rəhbərliyinə təqdim edir.

d) Müvafiq əlavə və düzəlişlərin edilməsi məqsədilə Administrator tərəfindən mülkiyyətçiyə geri qaytarılmış müraciət ərizəsi növbəti dəfə daxil olduqda, ona yeni qeydiyyat nömrəsi verilir.

e) Daxil olmuş müraciətlərin nəzərdə tutulmuş müddətdə icra olunmasına ümumi nəzarəti həyata keçirir.

f) Əlavə olaraq müraciət ərizələrinin qeydiyyatı və icrasına nəzarət müvafiq jurnalda və ya kompüterdə aparlır.

ADMİNİSTRATOR kargüzar tərəfindən qeydiyyata alınmış müraciətlər sistemdə Administrator üçün ayrılmış bölmədə online rejimdə əks olunur və qeydiyyata alınmış müraciət ərizələrinə“Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”də və “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydalar”da nəzərdə tutulmuş müddət ərzindəAdministrator tərəfindən baxılır və müvafiq qərar qəbul edilir. Bu qərarlar aşağıdakılar ola bilər:

a) Müraciət təsdiq edilir və məlumat avtomatik olaraq müvafiq reyestrə daxil (düzəliş, ləğv) edilir. Bu zaman reyestrdə yerləşdirilmiş məlumat barədə avtomatik olaraq reyestrdən çıxarış formalaşır. Çıxarışın alınması barədə həm sistemdə məlumat yerləşdirilir, həm də mülkiyyətçinin e-poçt ünvanına bildiriş göndərilir.

Bu təqdirdə, çıxarış forması çap edilərək və MHM-in direktoru tərəfindən təsdiqlənərək mülkiyyətçinin səlahiyyətli nümayəndəsinə təqdim olunur.

b) Təqdim olunan məlumatlara dair müvafiq qeydlər aparılmaqla əlavə və düzəlişlərin edilməsi üçün mülkiyyətçiyə geri qaytarılır və bu barədə mülkiyyətçinin e-poçt ünvanına bildiriş göndərilir.

Bu təqdirdə, müraciət ərizəsi və qeydiyyat kartı üzrə Adminstrator tərəfindən edilən və qırmızı şriftlə əks olunan qeydləri mülkiyyətçi sistemdə görür. Mülkiyyətçi tərəfindən həmin qeydlər üzrə lazımi düzəlişlər edildikdən müraciət yenidən göndərilir, kargüzar tərəfindən həmin müraciət yeni nömrə ilə qeydiyyata alınır və baxılması üçün Administratora ötürülür.

c) Təqdim olunan məlumatlar “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin, “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın və müvafiq qanunvericiliyin tələblərinə cavab vermədikdə və yaxud tam və həqiqi olmadıqda məlumatın reyestrə yerləşdirilməsindən imtina edilir.

Bu təqdirdə, imtinanın səbəbləri sistemdə əks olunur və mülkiyyətçinin e-poçt ünvanına bu barədə bildiriş göndərilir.

Sonda bildirmək istəyirik ki, Respublikada fəaliyyət göstərən bütün dövlət və qeyri-dövlət qurumlarının mülkiyyətlərində olan informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin qanunvericiliyə uyğun olaraq dövlət reyestrlərində qeydiyyatına alınması üçün RİTN tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər, monitorinqlər həyata keçirilir. Qeyd edirik ki, bu proses daima nəzarətdə saxlanılacaq və zərurət yarandığı hallarda cərimələr tətbiq olunmaqla yanaşı qanunvericlikdə nəzərdə tutulan digər müvafiq tədbirlər də görüləcəkdir.

10.04.2014