Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestri



Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri

Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri fərdi məlumatların informasiya sistemləri barədə məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.

Dövlət reyestrinin formalaşdırılmasının və fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

  • mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi
  • informasiyanın aktuallığının və təhlükəsizliyinin təmin edilməsi.
Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınmasının hüquqi əsası

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi məlumatlar toplanılmadan və işlənilmədən öncə fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu Qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında mülkiyyətçi tərəfindən dövlət qeydiyyatından keçirilməlidir.

Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri

Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 dekabr tarixli 237 nömrəli qərarı ilə təsdiq olunur. Müvafiq Qərarla “Qanunvericilik” bölməsindən tanış ola bilərsiniz.

Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınmasına görə məsuliyyət:

İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsinə əsasən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə cərimə nəzərdə tutulur.

Dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemlərinin siyahısı

Hər bir hüquqi və fiziki şəxs fərdi məlumatların informasiya sistemləri haqqında məlumat almaq hüququna malikdir.

Bu məqsədlə “Reyestr” bölməsinə daxil olaraq fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmış informasiya sistemlərində fərdi məlumatların işlənilməsinə dair ətraflı məlumat əldə edə bilərsiniz.

Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlər:

Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi üçün “Müraciət formaları” bölməsindən ərizə forması və qeydiyyat kartının formalarını dolduraraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə təqdim etməlisiniz.

Əlaqə:

Reyestrlə ilə bağlı hər hansı sual yarandıqda vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərsiniz.

  • Ünvan: AZ1010, Droqal döngəsi 702, Bakı, Azərbaycan
  • Qaynar xətt: 1654
  • Telefon: +994 12 598 90 90
  • E-poçt ünvanı: registry@cert.az